• HADİSƏ

    07:08 19 dekabr 2020

Bakıda kişi səs-küy saldığı üçün qonşusu tərəfindən bıçaqlanıb

Bakının Nizami rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Xəzər Universitetinin yaxınlığında qeydə alınıb.

1987-ci il təvəllüdlü Soltanov Nicat Allahverdi oğlu qonşuluqda yaşayan şəxslə mübahisə edib. Qonşusu ona mənzilində səs-küy saldığı üçün iradını bildirib. Dava zamanı Nicat Soltanov sinəsindən bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Nurlan

Teqlər:

SON XƏBƏRLƏR