• HADİSƏ

    02:02 23 avqust 2019

Bakıda kişi və bacısı oğlu döyülüb

Bakının Sabunçu rayonunda döyülmə faktı qeydə alınıb.

ONA xəbər verir ki, Yeni Ramana qəsəbəsində 1978-ci il təvəllüdlü Həsənov Ramil Tacəddin oğlu və onun bacısı oğlu, 1993-cü il təvəllüdlü Elçiyev Ruslan Hacıxəlil oğlu naməlum şəxs və ya şəxslər tərəfindən döyülərək xəsarət alıb.

Hər iki yaralı xəstəxanaya yerləşdirilib. R.Həsənova alının, R.Elçiyevə isə başın təpə nahiyəsinin əzilmiş yaraları diaqnozu qoyulub.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Nurlan

Teqlər:

SON XƏBƏRLƏR