Bakının Yasamal rayonunda yol-nəqliyyatı hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə Nəriman Nərimanov prospektində baş verib.
Göyçay rayon sakini 1996-ci il təvəllüdlü Şərifov Şamil Rövşən oğlu idarə etdiyi “Hyundai” markalı nəqliyyat vasitəsi ilə yüksək sürətlə səkiyə çırpılıb.
Nəticədə avtomobil deformasiyaya uğrayıb. Yol təsərrüfatına ciddi ziyan dəyib. Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Məlum olub ki, sürücü Ş.Şərifov və onun yanında olan sərnişinin müvafiq icazələri yoxdur. Sərnişin hadisə yerindən yayınıb. Onun axtarışlarına başlanılıb və sürücü Ş.Şərifov saxlanılıb. Avtomobil isə cərimə meydançasına yerləşdirilib.