Bakının Xəzər rayonunda kütləvi dava olub.
ONA-nın xəbərinə görə, hadisə Buzovna qəsəbəsi, 28 mart küçəsində baş verib.
Dava zamanı 3 nəfər müxtəlif dərəcəli bədən xasərətləri alıb. Nəticədə 27 yaşlı Şəmiyev Tağı Aydın oğlu, 1990-cı il təvəllüdlü Məmmədov Rövşən Xəqani oğlu və 1987-ci il təvəllüdlü Quliyev Rişad Yusif oğlu bıçaqlanıb.
Yaralılar dərhal 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
T.Şəmiyevə sol budun arxa səddinin kəsilmiş-deşilmiş yarası, R.Məmmədova başın təpə nahiyəsinin səthinin əzilmiş yarası, R.Quliyevə isə sol gicgah nahiyəsinin əzilmiş-kəsilmiş yarası diaqnozu qoyulub. Hər 3 yaralıya ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.