Paytaxtın Nəsimi rayonunda yerləşən mağazadan üzük oğurlayan qadın saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ONA-ya verilən xəbərə görə, Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən aprelin 17-də rayon ərazisindəki mağazaların birindən 2000 manat dəyərində qızıl üzük oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini N.Həsənova saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.