• HADİSƏ

    04:58 23 may 2019

Bakıda mağazadan oğurluq edən şəxs saxlanılıb

Bakının Binəqədi rayonunda ərzaq mağazasından oğurluq edilib.

ONA-nın məlumatına görə, 9-cu mikrorayon ərazisində Gülnarə Sofiyevaya məxsus ərzaq mağazasına naməlum şəxs daxil olaraq kassa və digər ərzaq məhsullarını oğurlayıb.

Zərərçəkən bu barədə Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinə müraciət edib. Aparılan əməliyyat axtarış nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 2001-ci il təvəllüdlü Əhməd Zeynalov saxlanılıb.

Fakt araşdırılır.

Nurlan

Teqlər:

SON XƏBƏRLƏR