• HADİSƏ

    11:05 24 aprel 2019

Bakıda mağazadan pul oğurlayan şəxs saxlanılıb

Paytaxtın Qaradağ rayonunda oğurluq edən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən ONA-ya verilən məlumata görə, Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinə aprelin 23-də saat 1 radələrində Qobustan qəsəbəsi ərazisindəki mağazaların birindən 970 manat pul oğurlanması barədə müraciət daxil olub.

“İsti izlər”lə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən qəsəbə sakini G.Nəbiyev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Orxan

Teqlər:

SON XƏBƏRLƏR