• HADİSƏ

    11:15 8 may 2019

Bakıda marşrut avtobusu mikroavtobusla toqquşub, xəsarət alanlar var

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

ONA-nın xəbərinə görə, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığında 158 saylı marşrut avtobusu mikroavtobusla toqquşub.

Qəza nəticəsində 77 yaşlı Şəfa Həsənov qapalı kəllə beyin travması, 26 yaşlı Şamil Şirinzadə aşağı ətrafların travması, 24 yaşlı İbrahim Yunisov qapalı kəllə beyin travması və burun sınığı diaqnozu ilə Kliniki Tibbi Mərkəzə çatdırılıblar.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov ONA-ya bildirib ki, yaralıların vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

Fərid

Teqlər:

SON XƏBƏRLƏR