Aprelin 2-də saat 07:30 radələrində 62 nömrəli marşrut xətti üzrə hərəkət edən 10 TG 992 dövlət nömrə nişanlı avtobusun iştirakı ilə qəza olub.
Bakı Nəqliyyat Agentliyindən ONA-ya verilən məlumata görə, avtobusun sürücüsü Tusi küçəsində son dayanacaq məntəqəsində dönmə manevrini yerinə yetirərkən idarə etməni itirib. Digər nəqliyyat vasitələrinə və piyadalara zərər vurmamaq üçün avtobusu səkiyə doğru yönəldib və avtobus yaxınlıqdakı dükanın divarına dəyib.
Hadisə nəticəsində xəsarət alan olmayıb, araşdırma aparılır.