• HADİSƏ

    22:35 12 may 2019

Bakıda marşrut avtobusunda qadının çantasından 300 manat oğurlanıb

Bakıda sərnişin avtobusunda qadının çantasından pul oğurlanıb.

ONA-nın məlumatına görə, hadisə "Faiq Xaliqoğlu" MMC-yə məxsus 77 saylı xətt marşrutu üzrə hərəkət edən avtobusda baş verib.

Belə ki, Gülnarə Xavəriyə məxsus əl çantasından naməlum cibgir 300 manat məbləğində pul oğurlayıb.

Qadın bununla bağlı polisə şikayət edib.

Nurlan

Teqlər:

SON XƏBƏRLƏR