Bakıda marşrut avtobusunun iştirakı ilə zəncirvarı qəza baş verib - [color=red]FOTO[/color]
  • HADİSƏ

  • 10:15 19 Mart 2019

Bakıda marşrut avtobusunun iştirakı ilə zəncirvarı qəza baş verib - FOTO

Bakıda 5 maşının iştirakı ilə zəncirvarı yol qəzası baş verib.

ONA-nın məlumatına görə, hadisə Qara Qarayev prospektində, 8-ci kilometr bazarı yaxınlığında qeydə alınıb. 40 saylı xətt üzrə hərəkət edən sərnişin avtobusu “VAZ-2107”,  “VAZ” və “Nissan” markalı avtomobillərə çırpılıb. Daha sonra “Nissan” “QAZel”ə, “QAZel” isə BMW-yə dəyib.

Qəza nəticəsində “VAZ-2107” markalı avtomobilin sürücüsünün xəsarət aldığı bildirilir.

Hadisə nəticəsində yolda tıxac yaranıb.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov

OXŞAR XƏBƏRLƏR