• HADİSƏ

    08:16 20 avqust 2020

Bakıda “Mazda” taksiyə çırpılıb, iki sərnişin xəsarət alıb - FOTO

Bakının Səbail rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Neftçilər prospektində qeydə alınıb.

Fərid Mahmudovun idarə etdiyi “Mazda” markalı avtomobilin qarşısına anidən taksi fəaliyyəti ilə məşğul “Kia” markalı avtomobil çıxıb.

Zərbənin gücündən taksidə olan iki sərnişin xəsarət alıb.

Əraziyə Səbail Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR