Bakı şəhərinin Xətai rayonunda məcburi köçkünlərin məskunlaşdığı binada yanğın baş verib.
APA Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə zamanı ümumi sahəsi 300 kv/m olan birmərtəbəli tikilinin yanar konstruksiyaları 80 kv/m sahədə yanıb. Tikilinin qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.