• HADİSƏ

    11:24 23 aprel 2019

Bakıda məktəbdən oğurluq edən şəxs tutulub

Bakının Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən məktəbdən oğurluq olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, məktəb rəhbərliyi Suraxanı Rayon Polis İdarəsi 32-ci Polis Bölməsinə müraciət edərək informatika otağından 7500 manat dəyərində kompüter avadanlıqlarının oğurlandığını bildirib. Bölmə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən Masallı rayon sakini, əvvəllər məhkum olunmuş Hüseyn Məmmədov saxlanılıb. O, ifadəsində oğurluq etdiyini etiraf edib.

Faktla bağlı bölmədə toplanan materiallar Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. H.Məmmədov barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Orxan

Teqlər:

SON XƏBƏRLƏR