Paytaxtın Binəqədi rayonunda yerləşən məktəblərin birindən oğurluq olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə rayon ərazisindəki orta məktəblərin birindən oğurluq edilməsi barədə müraciət daxil olub. Müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılıb və proyektorun oğurlandığı müəyyən edilib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini olan 2 yeniyetmə saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.