• HADİSƏ

    00:44 28 may 2019

Bakıda məktəblini maşın vurub

Naməlum avtomobil 2008-ci il təvəllüdlü Əhmədova Zinyət Teymur qızını vurub.

ONA-nın məlumatına görə, hadisə Bülbülə qəsəbəsində qeydə alınıb.

Yaralı dərhal 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Ona sol bazu və sol qılça sümüyünün sınığı diaqnozu qoyulub. Vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, hadisə azyaşlı məktəbdən evə qayıdarkən baş verib.

Faktla bağlı araşdırma aparılır.

Nurlan

Teqlər:

SON XƏBƏRLƏR