Bakıda mənzildə 65 yaşlı kişinin meyiti aşkar olunub.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, Bakı şəhərinin Nizami rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açıb və orada aşkarlanan 1954-cü il təvəllüdlü Rzayev Vaqif Fərman oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.