Bakıda mənzildən meyit aşkar olunub.
APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi tərəfindən məlumat yayılıb.
Nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1968-ci il təvəllüdlü Abbasov İlham Mirzaman oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.