• HADİSƏ

    08:57 4 iyun 2019

Bakıda mənzildə meyit aşkarlanıb

Bakıda bağlı qapı arxasından meyit aşkarlanıb.

ONA-nın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi xəbərə görə, bu barədə nazirliyin "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Bildirilir ki, Bakı şəhərinin Binəqədi rayonunda bir nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1937-ci il təvəllüdlü Qriqelis Nina Arqunovnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.

Hazırda qadının ölümünün səbəbləri araşdırılır.

ONA

Teqlər:

SON XƏBƏRLƏR