Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
ONA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb.
Mənzildə aşkarlanan 1959-cu il təvəllüdlü Sklanoçkin Aleksey Yevgenyeviçin meyiti aidiyyəti üzrə təhvil verilib.