• HADİSƏ

    05:40 28 iyul 2019

Bakıda mənzildə yanğın olub

Bakının Qaradağ rayonunda yanğın baş verib.

ONA Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, yanğın zamanı üçmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində, ümumi sahəsi 50 m² olan mənzilin dəhlizinin arakəsmə divarı (qamışdan ibarətdir) və bir ədəd qapısı yanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR