Bakıda mənzildən 62 yaşlı kişinin meyiti tapılıb.
Fövqəladə Hallar Nazirliyindən ONA-ya verilən məlumata görə, "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açıb və orada aşkarlanan 1957-ci il təvəllüdlü Kərimov Elzibar Namaz oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.