Paytaxtın Nərimanov rayonunda mənzildən 80 yaşlı qadının meyiti aşkar olunub.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1939-cü il təvəllüdlü Nuriyeva Raya Qasım qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.