• HADİSƏ

    23:34 17 iyun 2020

Bakıda mənzildən meyit aşkar olunub

Bakıda köməyə gələn xilasedicilər bağlı qapı arxasından meyit aşkar ediblər.

APA Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini aidiyyəti üzrə təhvil veriblər.

ONA

Teqlər:

SON XƏBƏRLƏR