• HADİSƏ

    22:12 13 iyun 2019

Bakıda mənzildən meyit tapılıb

Bakıda mənzildən kişi meyiti aşkar olunub.

ONA-nın verdiyi xəbərə görə, həmin şəxs Fövqəladə Hallar Nazirliyini xilasediciləri tərəfindən aşkarlanıb.

Belə ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1961-ci il təvəllüdlü Vəliyev Rəcəb İsa oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.​

Hazırda onun ölümünün səbəbləri araşdırılır.

ONA

Teqlər:

SON XƏBƏRLƏR