• HADİSƏ

    14:08 20 aprel 2019

Bakıda 71 yaşlı qadın evində ölü tapıldı

Bakıda mənzildən meyit tapılıb.

ONA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması haqqında məlumat daxil olub. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb. Mənzildə 1948-ci il təvəllüdlü Hümbətova Enfira Hümbət qızının meyiti aşkar edilib və aidiyyatı üzrə təhvil verilib.

Teqlər:

SON XƏBƏRLƏR