• HADİSƏ

    19:12 14 iyul 2019

Bakıda minik avtomobili aşıb, bir ailənin 5 üzvü ağır xəsarət alıb - FOTO

Bakıda 5 nəfər xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, qəza Qaradağ rayonu ərazisində Lökbatan-Sahil qəsəbəsi avtomobil yolunda qeydə alınıb.

“Lada Priora” markalı avtomobil qarşıdakı avtomobili ötmək istəyərkən sürücü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Avtomobildə olan 5 nəfər ağır bədən xəsarətləri alıblar. Hadisə şahidlərinin bildirdiyinə görə, yaralılardan 3 nəfəri azyaşlıdır.

Onların bir ailənin üzvü olduğu bildirilir.

Ramil

Teqlər:

SON XƏBƏRLƏR