• HADİSƏ

    04:09 21 may 2020

Bakıda minik avtomobili dəmir yolu xəttinin mühafizə çəpərinə çırpılıb - FOTO

Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Hüseyn Rəsulbəyov küçəsində qeydə alınıb.

"Mercedes" markalı minik avtomobili idarəetmədən çıxaraq dəmir yolu xəttinin mühafizə çəpərlərinə çırpılıb. Sürücü yüngül bədən xəsarətləri alıb.

Faktla bağlı əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib.

Nurlan

Teqlər:

SON XƏBƏRLƏR