• HADİSƏ

    09:52 8 dekabr 2019

Bakıda minik avtomobilinin banında 27 yaşlı qızın meyiti aşkarlanıb

Fövqəladə Hallar Nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının qarşısında dayanan minik avtomobilinin banından 1 nəfərin meyitinin götürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub.

ONA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri 1992-ci il təvəllüdlü Ötümova Sevinc İlham qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.

ONA

Teqlər:

SON XƏBƏRLƏR