Bakıda minik maşını yük avtomobilinə çırpılıb - [color=red]FOTO[/color]
  • HADİSƏ

  • 05:45 27 Avqust 2020

Bakıda minik maşını yük avtomobilinə çırpılıb - FOTO

Bakının Nizami rayonunda 3 avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Cəmşid Naxçıvanski küçəsində qeydə alınıb.

Məlum olub ki, "VAZ 2107" markalı avtomobil geriyə doğru hərəkət edən zaman sürücü Çingiz Əliyevin idarə etdiyi "Opel" markalı avtomobil ona dəyib və idarəetmədən çıxaraq içərisində yük olan "QAZel" markalı yük avtomobilinə çırpılıb.

Hadisə yerinə Nizami Rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları cəlb edilib.

Nurlan Əli

Teqlər:

OXŞAR XƏBƏRLƏR