Bakının Nərimanov rayonunda 1 nəfərin xəsarət almasına səbəb olan yol qəzası baş verib.
ONA-nın məlumatına görə, hadisə F.Xoyski küçəsində qeydə alınıb.
Motosiklet yolu keçmək istəyən 2000-ci il təvəllüdlü Dostuyeva Günel Tahir qızını vurub. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.