• HADİSƏ

    02:34 26 iyul 2019

Bakıda motosiklet aşıb, ölən var

Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Xətai rayonunda olub.

Belə ki, Zığ şossesində nəqliyyat vasitəsi yüksək sürətlə hərəkət edən zaman eyni istiqamətdə gedən və 1976-cı il təvəllüdlü Cəfərov Eldar Elyaz oğlunun idarə etdiyi motosikletə çırpılıb. E.Cəfərov dəmir arakəsməyə çırpılıb. O, 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Onun sağ ayağının baldır sümüyü amputasiya edilib. Buna baxmayaraq, E.Cəfərovun həyatını xilas etmək mümkün olmayıb.

Yol qəzasının təfərrüatları araşdırılır.

Nurlan

Teqlər:

SON XƏBƏRLƏR