• HADİSƏ

    03:01 13 avqust 2019

Bakıda motosiklet avtobusla toqquşub, xəsarət alan var - FOTO

Bakının Nəsimi rayonunda motosikletlə sərnişin avtobusu toqquşub.

APA xəbər verir ki, avtoqəza 28 May küçəsində qeydə alınıb.

30 saylı xətt marşrutu üzrə hərəkət edən "Daewoo" markalı sərnişin avtobusunun motosikletlə toqquşması nəticəsində sonuncunun sürücüsü Hüseyn Həsənov xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Qəza ilə bağlı araşdırmalar aparılır.

Nurlan

Teqlər:

SON XƏBƏRLƏR