• HADİSƏ

    23:24 13 aprel 2021

Bakıda motosiklet avtomobilə çırpılıb, xəsarət alan var - FOTO

Bakının Nərimanov rayonunda motosiklet avtomobilə çırpılıb.

APA xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində qəza baş verib.

Motosikleti idarə edən şəxs Üzeyir Cavadovun idarəetməsində olan "Saipa" markalı nəqliyyat vasitəsinə çırpılıb. Motosikleti idarə edən şəxs xəstəxanaya çatdırılıb.

Əraziyə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Ü.Cavadov APA-ya bildirib ki, ona məxsus avtomobil nazas olduğundan xəbardarlıq işığını yandıraraq yol kənarında saxlayıb. Əyləcində problem olan motosiklet isə avtomobilə çırpılıb.

Hadisənin qeydə alındığı tuneldə metronun "Koroğlu" stansiyası istiqamətində sıxlıq yaranıb.

Nurlan

Teqlər:

SON XƏBƏRLƏR