Bakının Nəsimi rayonunda yol qəzası zamanı bir nəfər ağır xəsarət alıb.
APA xəbər verir ki, hadisə Azərbaycan prospekti ilə Füzuli küçəsinin kəsişməsində qeydə alınıb.
1960-cı il təvəllüdlü Belarusiy Yuliy Vitaliyeviç sərxoş halda avtomobil yoluna çıxıb. Bu zaman onu motosiklet vurub. Yaralı xəstəxanaya çatdırılıb. Növbətçi travmatoloqun APA-ya verdiyi məlumata görə, piyada komatoz vəziyyətdədir.