Bakıda motosiklet qəza törədib, xəsarət alanlar var - [color=red]FOTO[/color]
  • HADİSƏ

  • 04:39 19 Fevral 2020

Bakıda motosiklet qəza törədib, xəsarət alanlar var - FOTO

Bakının Nəsimi rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Rəşid Behbudov və Salatın Əsgərova küçələrinin kəsişməsində qeydə alınıb.

Məlumata görə, Vüqar Xəlilov idarə etdiyi "QAZel" markalı yük maşını ilə Salatın Əsgərova küçəsində işıqforun yaşıl işığından keçib. Bu zaman R.Behbudov küçəsində işıqforun qırmızı işığından keçən və 19 yaşlı Abdullayev Qorxmaz İldırım oğlunun idarə etdiyi motosiklet "QAZel"ə çırpılıb. Motosikletin sürücüsü Q.Abdullayev və sərnişin - 26 yaşlı Heydərov İsmayıl Səfər oğlu ağır xəsarət alıb. Əraziyə cəlb olunan polislərin köməkliyi ilə yaralılar xəstəxanaya çatdırılıb. Qəza nəticəsində yük avtomobilinin benzin çəni də zədələnib, ətrafa yanacaq dağılıb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən avtotexniki ekspertiza təyin edilib.

Nurlan Əli

Teqlər:

OXŞAR XƏBƏRLƏR