• HADİSƏ

    06:22 1 iyun 2019

Bakıda motosiklet qəzası nəticəsində qız və oğlan ağır xəsarət alıb

Bakının Səbail rayonunda motosiklet qəza törədib, qız və oğlan ağır xəsarət alıb.

ONA-nın xəbərinə görə, hadisə rayonun Neftçilər prospektində baş verib.

Yüksək sürətlə hərəkət edən motosikletin sürücü idarəetməni itirib. Nəticədə motosiklet elektrik dirəyinə çırpılaraq aşıb. Motosikleti idarə edən oğlan və sərnişin qız ağır xəsarət alıb.

Hər ikisi 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Nurlan

Teqlər:

SON XƏBƏRLƏR