Bakıda motosiklet sürücüsünü avtomobil vurub
  • HADİSƏ

  • 04:42 05 Mart 2021

Bakıda motosiklet sürücüsünü avtomobil vurub

Bakının Səbail rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə Neftçilər prospektində baş verib.

1998-ci il təvəllüdlü İbrahimov Nuran Gündüz oğlu idarə etdiyi motosikletdən düşərkən onu minik avtomobili vurub. O, sol bud sümüyünün sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Fakt Səbail Rayon Polis İdarəsində araşdırılır.

Nurlan Əli

Teqlər:

OXŞAR XƏBƏRLƏR