• HADİSƏ

    03:40 20 noyabr 2019

Bakıda motosikletlə avtomobil toqquşub, sürücü xəsarət alıb


Xəzər rayonunda yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər xəsarət alıb.

APA xəbər verir ki, qəza Binə qəsəbəsində, 326 saylı məktəbin yaxınlığında qeydə alınıb.

Minik avtomobilinin motosikletlə toqquşması nəticəsində motosikletin sürücüsü, 2000-ci il təvəllüdlü Nuriyev Taleh Asif oğlu xəsarət alıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

Nurlan

Teqlər:

SON XƏBƏRLƏR