Bakıda mühafizəçi işləyən 58 yaşlı kişi döyülüb.
ONA-nın xəbərinə görə, hadisə Yasamal rayonu, Əsəd Əhmədov küçəsi 45 ünvanında baş verib.
1961-ci il təvəllüdlü Əsgərov Tahir Ələkbər oğlu naməlum şəxs və ya şəxslər tərəfindən döyülüb. Qapalı kəllə-beyin travması alan yaralı 1 saylı Klinik Tibbi Mərkəzə çatdırılıb. Ona ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.
T.Əsgərovun SOCAR-a məxsus binada mühafizəçi işlədiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.