• HADİSƏ

    04:58 15 may 2020

Bakıda mühafizəçi naməlum şəraitdə bıçaqlanıb

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Ramana qəsəbəsində baş verib.

1982-ci il təvəllüdlü Fərəcov Taleh Ağabala oğlu mühafizəçi kimi çalışdığı obyektin qarşısında naməlum şəraitdə qarnının ön divarından bıçaq xəsarətləri alıb.

Yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Nurlan

Teqlər:

SON XƏBƏRLƏR