Nərimanov rayonunda müştəri xuliqanlıq zəminində iaşə obyektinə zərər vurub.
ONA-nın xəbərinə görə, hadisə Atatürk prospektində baş verib.
Belə ki, Anar Allahverdiyevə məxsus çay evində müştəri olan Vüqar Qurbanov mübahisə zəminində əvvəlcə çay evindəki bütün stəkanları və çaynikləri yerə çırparaq sındırıb. Daha sonra o, obyektin pəncərələrini daşla qırıb.
Obyekt sahibi V.Allahverdiyev bu barədə Nərimanov Rayon Polis İdarəsinə şikayət edib.