• HADİSƏ

    08:48 2 iyul 2019

Bakıda piyadanı avtomobillə öldürüb qaçan sürücü saxlanılıb - FOTO - YENİLƏNİB-1

Bakının Xətai rayonu, Nobel prospektində piyadanı avtomobillə vurduqdan sonra ərazidən yayınan sürücü saxlanılıb.

ONA-nın məlumatına görə, həmin şəxs polisin apardığı əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilərək istintaqa cəlb olunub.

Bildirilir ki, qəzada iştirak edən "VAZ 2107" markalı avtomobilin də yeri müəyyən edilib.

***

Saat 00:44

Bakının Xətai rayonunda piyadanı vurub yayınan avtomobilin markası müəyyən olunub.

ONA xəbər verir ki, bu barədə hadisə şahidləri və polis əməkdaşları məlumat verib.

Bildirilir ki, piyadanın ölümünə səbəb olan nəqliyyat vasitəsi "VAZ 2107" markalı avtomobil olub.

***

Saat 00:18

Bakının Xətai rayonunda piyadanın ölümü ilə nəticələnən avtoqəza olub.

ONA xəbər verir ki, hadisə Nobel prospektində qeydə alınıb.

İlkin məlumata görə, 60-70 yaşlarında kişi yolu keçmək istəyərkən onu naməlum avtomobil vurub və hadisə yerindən yayınıb. Piyada isə hadisə yerində dünyasını dəyişib.

Hazırda polis həmin avtomobilin axtarışlarını aparır.

Nurlan

Teqlər:

SON XƏBƏRLƏR