Bakıda naməlum avtomobilin vurduğu piyada ağır xəsarət alıb
  • HADİSƏ

  • 23:15 17 İyun 2019

Bakıda naməlum avtomobilin vurduğu piyada ağır xəsarət alıb

Bakının Sabunçu rayonunda avtomobil piyadanı vuraraq ona xəsarət yetirib.

ONA xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində baş verib. Naməlum sürücünün idarə etdiyi avtomobil piyada - 1963-cü il təvəllüdlü Razakova Zemfira Sergey qızını vurub.

Yaralı təcili tibbi yardım vasitəsilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Ona açıq kəllə-beyin travması diaqnozu qoyulub. Vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Nurlan Əli

Teqlər: Bakı qəza piyada

OXŞAR XƏBƏRLƏR