• HADİSƏ

    17:57 9 aprel 2019

Bakıda naməlum kişi özünü binadan atmaq istəyib - YENİLƏNİB

Bakıda intihara cəhdin qarşısı alınıb.

ONA-nın məlumatına görə, "Bolluq bazarı" yaxınlığında özünü binadan atmaq istəyən şəxs xilas edilib.

Faktla bağlı araşdırma aparılır.

***

Saat 17:27

Bakıda naməlum kişi özünü binadan atmaq istəyir.

ONA-nın məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu, “Bolluq bazarı" yaxınlığında yerləşən beşmərtəbəli yaşayış binasında qeydə alınıb. Binanın damına çıxan orta yaşlı kişi özünü atmağa cəhd edir.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb edilib.

Hazırda intihara cəhdin qarısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR