Bakının Suraxanı rayonunda bıçaqlanma hadisəsi baş verib.
ONA-nın məlumatına görə, Suraxanı rayonu Zığ qəsəbəsində 2003-cü il təvəllüdlü Hüseynov Rəhim İlham oğlu naməlum şəraitdə qarın nahiyəsindən bıçaqlanıb.
Yaralı xəstəxanaya yerləşdirilib.
Vəziyyəti orta-ağır qiymətləndirilir.