Bakının Sabunçu rayonunda narkotik vasitələrin kultivasiyası yolu əkib becərən və axtarışda olan şəxs tutulub.
APA xəbər verir ki, Sabunçu Rayon Polis İdarəsi və 14-cü Polis Bölməsinin əməkdaşları Cinayət Məcəlləsinin 237-ci maddəsi (qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə) axtarışda olan1984-cü il təvəllüdlü Babayev Əhməd Sabir oğlunu saxlayıb.
Saxlanılan şəxsin üzərindən marixuana aşkar edilərək götürülüb.