• HADİSƏ

    11:19 2 may 2019

Bakıda narkotiklərin satışı ilə məşğul olan şəxs saxlanılıb

Paytaxtda müxtəlif növ narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan şəxs tutulub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən ONA-ya verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi və Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsi əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən G.Bodrov saxlanılıb. Şəxsi axtarış zamanı onda narkotik vasitə olan marixuana aşkarlanıb.

Polis əməkdaşları tərəfindən onun yaşadığı evdə aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində isə əlavə olaraq heroin və yarım kiloqrama yaxın marixuana da aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Orxan

Teqlər:

SON XƏBƏRLƏR