Bakıda nasaz avtomobil qəzaya səbəb olub, xəsarət alanlar var - [color=red]FOTO[/color] - [color=red]VİDEO[/color]
  • HADİSƏ

  • 00:41 21 Dekabr 2019

Bakıda nasaz avtomobil qəzaya səbəb olub, xəsarət alanlar var - FOTO - VİDEO

Bakının Səbail rayonunda iki avtomobil toqquşub.

APA xəbər verir ki, Neftçilər prospektində nəqliyyat vasitəsinin təkərinin nasaz olması qəzaya səbəb olub.

1995-ci il təvəllüdlü Sərxanov Əli Əsədağa oğlu idarə etdiyi “BMW” markalı nəqliyyat vasitəsini yol kənarında saxlamaq istəyərkən onun avtomobili "VAZ 2107" və "NAZ Lifan" markalı avtomobillərə çırpılıb. Zərbənin gücündən "BMW" "BakuBus" MMC-yə məxsus 6 saylı xətt marşutu üzrə Niyaməddin Məhəmmədovun idarə etdiyi "Iveco" markalı sərnişin avtobusuna dəyib.

Qəza nəticəsində "NAZ Lifan" və "VAZ 2107"-nin sürücüləri ağır xəsarət alıb. "VAZ 2107"-nin yanacaq çəni zədələndiyindən yola benzin dağılıb. Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib, yolda sıxlıq yaranıb. Səbail Rayon Polis İdarəsinin əməkdaşları yolda hərəkəti tənzimləyib.

"BMW"-nin sürücüsü Ə.Sərxanovun APA-ya verdiyi məlumata görə, "NAZ Lifan" markalı avtomobilin təkəri nasaz olub, "VAZ 2107"-nin sürücüsü də avtomobili yolda saxlayaraq ona kömək edirmiş.

Nurlan Əli

Teqlər:

OXŞAR XƏBƏRLƏR