• HADİSƏ

    06:58 17 aprel 2019

Bakıda nənəsinin dizinin üstündən yıxılan körpə ciddi xəsarət alıb

Bakının Nəsimi rayonu ərazisində 8 aylıq körpə ciddi kəllə beyin travması alıb.

ONA-nın verdiyi xəbərə görə, 2018-ci il təvəllüdlü Bağırlı Ömər Fəqan oğlu ağır xəsarətlə xəstəxanaya yerləşdirilib və cərrahi əməliyyat olunub.

Məlumata görə, nənəsi 8 aylıq körpəni yatması üçün dizlərinin üstündə yelləyərkən, ehtiyatsızlıqdan körpə yerə yıxılıb və xəsarət alıb.

Hazırda onun vəziyyəti ağır olaraq qalır.

Qeyd edək ki, 8 aylıq Ömərin ailəsi məcburi köçkün kimi 156 saylı uşaq bağçasında məskunlaşıb.

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR